“Beşiktaş” “Milan”ın futbolçusu ilə maraqlanır
“Milan”ın futbolçusu Dieqo Laksalt karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 28 yaşlı sol cinah yarımmüdafiəçisi ilə “Beşiktaş” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Super Liqanın son çempionunun “Milan”a Laksalt üçün rəsmi təklif göndərəcəyi bildirilib.
Uruqvaylı futbolçu ilə “Beşiktaş”la yanaşı, Portuqaliyanın “Portu” klubu da maraqlanır.
Laksalt son mövsümü icarə əsasında Şotlandiyanın “Seltik” klubunda keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin