“Milan”ı “Roma”ya dəyişir – razılıq əldə olundu

“Milan”ın futbolçusu Cakomo Bonaventura karyerasını “Roma”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. “Milan”la müqaviləsi mövsümün sonuna qədər olan Bonaventura, artıq “Roma”yla razılaşıb.

30 yaşlı yarımmüdafiəçi yeni mövsümdən paytaxt klubunun uğurları üçün çalışacaq. Bonaventura, “Roma”da illik iki milyon avroya yaxın qazanacaq.

2014-cü ildən “Milan”da çıxış edən Bonaventura, bu mövsüm A Seriyasında 17 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button