“Milan” 18 milyon avroluq hücumçu ilə maraqlanır
“Udineze”nin hücumçusu Lorenzo Lukka İtaliyanın başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Milan”ın diqqətini çəkib.
Milan klubu Lorenzo üçün transfer təklifini nəzərdən keçirir. Onun bazar dəyəri 18 milyon avro qiymətləndirilir.
İtaliyalı forvard A Seriyasında cari mövsümdə 21 oyun keçirib, 8 qol vurub. Onun “Udineze” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin