“Çelsi”dən ayrıla bilər – “Milan”ın hədəfindəki futbolçu

2022/23 mövsümünü icarə əsasında “Bayer”də (Leverkuzen) keçirən “Çelsi”nin yarımmüdafiəçi Kallum Hadson-Odoi London klubunu tərk edə bilər.

Komanda.az “Football Transfer”-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunu transfer etməkdə ən real namizəd “Nottingem Forest”dir.

İngiltərəli futbolçu ilə “Milan” və “Fulhem” də maraqlanır.

Hadson-Odoi 2022/23 mövsümündə Almaniya klubunun heyətində 21 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button