
Alleqri 1 oyunluq cəzalanıb, 10 min avro cərimə olunub
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “Bolonya”ya qarşı matçın son dəqiqələrində sərt etirazları səbəbindən meydandan kənarlaşdırılmışdı.
Komanda.az “Il Corriere dello Sport”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bir oyunluq diskvalifikasiya edilib və 10 min avro cərimələnəcək.
O, bu səbəbdən A Seriyasının növbəti turunda, sentyabrın 20-də keçiriləcək “Udineze” ilə səfər oyununda komandasının yanında olmayacaq.
Alleqri həmçinin, sentyabrın 23-də keçiriləcək İtaliya kubokunun “Leççe” ilə oyununu da kənardan izləyəcək. Bu diskvalifikasiya isə onun “Yuventus”dakı keçmiş qayda pozuntularına əsaslanır və həmin hadisələr kubok matçında baş vermişdi.
Görünən odur ki, xarici mətbuatın “sakit və təmkinli” adlandırdığı Alleqri, oyunun gərgin anlarında nə qədər emosional ola biləcəyini bir daha göstərir.
Bizi Facebook-da izləyin



