“Milan” 2 aparıcı futbolçu ilə vidalaşa bilər

“Milan”ın iki aparıcı oyunçusu yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu müdafiəçi Teo Hernandeslə müqaviləni yeniləməyəcək və bu yay onu satmağa çalışacaq.

“Milan”a həmçinin, konkret təklif olmadığına görə Rafael Leaodan qurtulmaq çətin olacaq. Bildirilir ki, portuqaliyalı hücumçuya yalnız Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu real maraq göstərib.

27 yaşlı Hernandesin dəyəri 50, 25 yaşlı Leaonun qiyməti isə 75 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button