“Milan”ın 15 yaşlı hücumçusu rekorda imza ata bilər 

“Milan”ın baş məşqçisi Stefano Pioli 15 yaşlı hücumçu Françesko Kamardanı A Seriyasının 13-cü turunun “Fiorentina” ilə oyununa (25 noyabr) çağırıb. 

Komanda.az “Sport Mediaset” nəşrinə istinadən xəbər verir ki, “Milan”ın heyətində hücumameyilli oyunçuların zədəli və cəzalı olması səbəbindən Pioli qarşıdakı görüşdə yalnız hücumun mərkəzində Luka Yoviçə güvənə bilər. Bu səbəbdən, aşağı yaş qrupundan Françesko Kamarda “Fiorentina” ilə matça dəvət alıb.

O, bu oyunda iştirak etsə, A Seriyasının tarixində oynamış ən gənc futbolçu olacaq. Hazırkı rekord “Bolonya”nın müdafiəçisi Uizdom Ameyə məxsusdur. O, 15 yaş 274 günlüyündə “Cenoa” ilə matçda meydana çıxıb. 

Kamardaya gəlincə, o, bu mövsüm “Milan”ın gənclər komandasının heyətində 13 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button