“Milan”ı “Torino”ya dəyişdi

İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Milan”ın və İsveçrə yığmasının müdafiəçisi Rikardo Rodriqesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

“Zürix”in yetirməsi olan, İsveçrə yığmasında 70-dən çox oyun keçirmiş Rikardo, “Milan”a 2017-ci ildə “Volfsburq”dan transfer olunmuşdu. O, bu ilin əvvəlindən PSV-də icarədə idi.

“Torino” öz oyunçularından Kristian Ansaldi və Samir Uykani ilə də müqavilələrin müddətini uzadıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, hər iki futbolçu növbəti mövsümün sonunadək Turin təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.

Argentina yığmasında da oynamış 33 yaşlı Ansaldi, 2017-ci ildən “Torino”da çıxış edir. O, daha öncə “Rubin”, “Zenit”, “Atletiko” (Madrid), “Cenoa” və “İnter”də də forma geyinib.

Vaxtilə Albaniya yığmasında oynayan, 2014-cü ildən isə Kosovo milli komandasında çıxış edən Uykani isə “Torino”ya ötən mövsümün əvvəlində Türkiyənin “Rizəspor” klubundan transfer olunub. 32 yaşlı qapıçı daha öncə “Palermo”, “Novara”, “Kyevo”, “Cenoa”, “Latina”, “Piza” və “Kremonese”də də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button