
“Milan”ı aqressiv görmək istəyirəm”
“Milan”ın yeni baş məşqçisi, portuqaliyalı mütəxəssis Paulo Fonseka komandanın necə futbol oynayacağını açıqlayıb.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “Milan”ı aqressiv görmək istəyir:
“Topsuz aqressiv komanda görmək istəyirəm. Bunun bir hissəsini artıq “Barselona” ilə oyunda görmüşəm”.
İtaliya çempionatında yeni mövsümə avqustun 17-də start veriləcək. “Milan” ilk turda “Torino” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin