
“Milan”dan yeni transfer
“Milan” yeni futbolçu transferini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Yanq Boys”da çıxış edən İsveçrənin U-21 millisinin üzvü Zakari Atekame heyətə cəlb edilib. 20 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Atekame ötən mövsüm “Yanq Boys”un heyətində meydana çıxdığı 43 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



