
Fransalı futbolçu “Milan”dan təklif gözləyir
“Milan”ın müdafiəçisi Teo Hernandes komandada qalmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu özü komandada qalmağa üstünlük verir. O, yeni müqavilə üçün “Milan”dan təklif gözləyir.
Bundan əlavə, 27 yaşlı oyunçu müqavilə bağlanmasa belə, komandada oynamağa davam etməyə razıdır, ancaq bu variant çətin ki, klubu razı salsın.
Hernandesin hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq və “Milan” onu azad agent kimi itirməmək üçün yayda transfer təkliflərini nəzərdən keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



