“Milan”dan son 18 ayın ən pis göstəricisi
“Milan” İtaliya A Seriyasının 22-ci turu çərçivəsində səfərdə “Spetsiya”ya 0:2 hesabı ilə məğlub olub.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın üzvləri bu oyunda çərçivəyə doğru dəqiq zərbə endirə bilməyiblər. Ümumilikdə, “Milan” futbolçuları oyunboyu qapıya doğru 7 zərbə endiriblər ki, bunların da hamısı yanlış olub. Bu, komandanın 2019-cu ilin avqustundan bəri ən pis göstəricisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin