“Milan”dan “Qarabağ”ın rəqibinə rəsmi təklif

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Liverpul”un müdafiəçisi Co Qomes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” futbolçunu transfer etmək üçün İngiltərə klubuna rəsmi təklif göndərib. “Qırmızılar” isə “Kristal Pelas“ın oyunçusu Mark Quehini almaq şərti ilə müdafiəçini buraxmağa hazırdır.

Qomes 2015-ci ildən “Liverpul”da çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button