
“Milan”dan növbəti rekord
“Milan” İtaliya A Seriyasının 12-ci turu çərçivəsində “Cenoa” ilə 2:2 hesablı heç-heçə edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” bu oyunda yeni rekorda imza atıblar. Bu oyunda da iki qol vuran komanda A Seriyasında iki və daha artıq qol vurduğu matçların sayını 14-ə çatdırıb. Bununla da, “Milan” yeni rekord müəyyənləşdirib. Komanda bu göstəricidə “Torino”nu geridə qoyub. “Torino” arıdcıl 13 oyunda iki və daha çox qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin