“Milan”dan Belçika klubuna ultimatum

“Milan”ın idman direktoru İqli Tare “Brügge”nin yarımmüdafiəçisi Ardon Yaşarinin transferi ilə bağlı yeni təklif verdiklərini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Het Laatste Nieuws” məlumat yayıb.

“Qırmızı-qaralar” 22 yaşlı futbolçu üçün 38 milyon avro ödəməyə hazır idi. Ancaq bu məbləğ Belçika klubunu razı salmayıb. Əvvəlki təklifdə əsas məbləğ az olsa da, bonuslar daha çox idi.

“Milan” artıq qarşı tərəfə faktiki olaraq ultimatum verib: klub bu məbləği artırmaq fikrində deyil və yeni təklif irəli sürməyəcək.

İsveçrəli futbolçu son mövsümdə klub səviyyəsində 35 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button