“Milan”dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçdi

“Milan”ın futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistanınında davam etdirəcək.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Əl-Şabab”a transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Əl-Şabab” bu transferə görə “Milan”a 8 milyon avro ödəyib.

Yasin adli ötən mövsümü icarə əsasında “Fiorentina”da çıxış edib. O, bu komandada meydana çıxdığı 35 matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button