
“Milan”dan ayrılan futbolçu İngiltərə klubunda – Rəsmi
“Nyukasl” klubu “Milan”dan Sandro Tonaloni heyətinə qatıb.
Komanda.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
İtaliya millisinin də formasını geyinən Tonali ötən mövsüm A Seriyasında 34 matçda iştirak edib, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin