“Milan”dan ayrılacağını təsdiqlədi
“Milan”ın futbolçusu Olivye Jiru bu mövsümün sonunda İtaliya təmsilçisindən ayrılacağını təsdiqləyib.
Komanda.az xəbər verir ki, 37 yaşlı hücumçu klubun saytına açıqlamasında deyib:
“Bildirmək istərdim ki, qarşıdakı iki matç mənim “Milan”da sonuncu oyunlarım olacaq. Karyeramı MLS-də davam etdirəcəyəm. Burada keçirdiyim üç mövsümdə əldə etdiyim hər şeylə fəxr edirəm. “Milan”dakı hekayəm bu il başa çatır, lakin klub həmişə ürəyimdə qalacaq”.
Xatırladaq ki, daha əvvəl Olivyenin “Los-Anceles”lə 2025-ci ilə qədər müqavilə imzalamağa razı olduğu haqda məlumat yayılmışdı. Fransız futbolçu 2021-ci ilin yayından “Milan”da çıxış edir. Onun klubla müqaviləsi bu mövsümün sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin