“Milan”dan ayrılacağını gözləmirmiş

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli “Milan”dan necə ayrıldığını xatırlayıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, Milan təmsilçisindən ayrılacağını gözləmədiyini bildirib:

“Milan”dan ayrılacağımı gözləmirdim. Lakin “Sassuolo”ya keçəndə qollarımı çırmaladım və mənim inkişaf etməyimə kömək olan baş məşqçi Roberto de Zerbinin başçılığı altında çıxış etdim. Bəzən bir addım geri, sonra isə iki addım irəli getmək vacibdir”.

Manuel Lokatelli 2019-cu ildə “Milan”ı tərk edib. O, 2021-ci ilə qədər “Sassuolo”da forma geyinib. Futbolçu hazırda “Yuventus”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button