“Milan”dan ABŞ klubuna – Rəsmi
Fransa millisinin və İtaliya təmsilçisi “Milan”ın hücumçusu Olivye Jirunun yeni klubu rəsmən bəlli olub.
Komanda.az xəbər verir ki, 37 yaşlı oyunçu ABŞ-ın “Los-Anceles” klubu ilə 2025-ci ilə qədər müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, yeni komandasına azad agent kimi transfer olunub.
Cari mövsümdə 45 matçda meydana çıxan Jiru 16 qol vurub, 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin