
“Milan”da yeni müqavilə
İtaliya təmsilçisi “Milan” futbolçusu Matteo Qabbiya ilə müqavilə müddətini uzadıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu daha 5 il “qırmızı-qaralar”ın şərəfini qoruyacaq.
Qabbiya “Milan”ın öz yetirməsidir. O, cari mövsümdə 8 matçda iştirak edib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin