“Milan”da yeni futbolçu: Razılaşdılar
“Cenoa”nın forvardı Kşiştof Pyatekin yeni klubu bəlli olub.
Komanda.az xəbər verir ki, polşalı hücumçu karyerasını “Milan”da davam etdirəcək. Bu barədə “Cenoa” klubunun idman direktoru Corco Perinetti məlumat yayıb.
Perinetti İtaliya mətbuatına açıqlamasında, Pyatekin transferiylə bağlı “Milan”la razılaşdıqlarını və onun yaxın günlərdə yeni komandasına qoşulacağını deyib.
Pyatek cari mövsümdə A Seriyasında 19 qarşılaşmada iştirak edərək, 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin