“Milan”da xoşbəxtəm”

“Milan”ın müdafiəçisi Fikayo Tomori qış transfer dövründə “Yuventus”a mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu “qırmızı-qaralar”dan ayrılmaq niyyətində olmadığını vurğulayıb:

“Həmişə demişəm ki, burada – “Milan”da xoşbəxtəm. Bu formanı geyindiyim son günə qədər komandaya bütün gücümü verəcəm. Həmişə belə olacaq”.

Tomori 2024/25 mövsümündə bütün turnirlərdə 35 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, müdafiənin əsas sütunlarından biri hesab olunur.

27 yaşlı futbolçunun “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button