
Modriç “Milan”a keçidi haqda: “Çox xoşbəxtəm”
Tibbi müayinədən keçmək üçün İtaliyaya gedən xorvatiyalı yarımmüdafiəçi Luka Modriç “Milan”a gözlənilən transferi ilə bağlı emosiyalarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xoşbəxt olduğunu bildirib:
“Burada olmaqdan çox xoşbəxtəm, yeni çağırışları səbirsizliklə gözləyirəm. Danışmağa vaxtımız olacaq”.
Daha əvvəl Modriçin “Milan”la bir illik müqavilə bağlayacağı bildirilib. 39 yaşlı yarımmüdafiəçi bundan əvvəl 13 il “Real”da çıxış edib. O, bu müddət ərzində 4 dəfə İspaniya çempionu və 6 dəfə Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin