
“Milan”da ilk: Sonuncu Maldini də getdi
Paolo Maldinidən sonra oğlu Daniel də “Milan”dan ayrılıb.
Komanda.az xarici KİV-ə isitinadən xəbər verir ki, bununla da, 1978-ci ildən bəri ilk dəfə klub sistemində Maldini ailəsindən heç kim olmayacaq.
Yayın əvvəlində Paolo Maldini texniki direktor vəzifəsindən qovulub, iyulun 10-da isə oğlu Daniel “Empoli”yə icarə əsasında keçib.
Maldini ailəsinin nümayəndələri 60 ildir ki, “Milan”da idi. 2021-ci ilin yanvarında bütün Maldini ailəsinin nümayəndələrinin Milan klubunda keçirdiyi oyunların ümumi sayı 1000-ə çatmışdı. Maldini sülaləsinin həm oyunçu, həm məşqçi kimi “Milan”da fəaliyyəti Çezare Maldini ilə başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin