“Milan”da daha bir ayrılıq
Baş məşqçisi Cennaro Qattuzonun istefasını qəbul edən İtaliyanın “Milan” klubunda daha bir ayrılıq yaşanıb.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin idman direktoru Leonardo da vəzifəsindən ayrılıb.
Artıq klub rəhbərliyi onun da istefasını qəbul edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı mütəxəssis ötən yaydan “Milan”da idman direktoru kimi fəaliyyətə başlamışdı. O, daha öncə bu kluba həm futbolçu, həm də baş məşqçi kimi xidmət edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin