“Milan”da da 2 futbolçu koronavirusa yoluxdu
“Milan” İtaliya A Seriyasının 16-cı turu çərçivəsində “Yuventus”a qarşı keçiriləcək oyundan öncə koronavirus testlərinin nəticələrini açıqlayıb.
Komanda.az xəbər verir ki, testlər nəticəsində iki futbolçuda Covid-19 aşkarlanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə yarımmüdafiəçilər Ante Rebiçlə Rade Kruniçdən götürülmüş analizlərin cavabının pozitiv çıxdığı diqqətə çatdırılıb.
Xatırladaq ki, daha əvvəl “Yuventus”un futbolçuları Aleks Sandro və Xuan Kuadradonun virusa yoluxduqları açıqlanmışdı.
“Milan” – “Yuventus” oyunu bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin