
“Milan”da argentinalı yarımmüdafiəçi
“Milan” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, sözügedən klub bu yay “Latsio”dan ayrılan argentinalı cinah yarımmüdafiəçisi Luka Romeronu heyətinə qatıb.
Tərəflər 4 illik müqavilə bağlayıblar. 18 yaşlı futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək.
Luka 2021-ci ildən oynadığı “Latsio”da 21 oyun keçirib, 1 qol vurub.
Argentinalı vinger daha öncə İspaniyanın “Malyorka” klubunda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin