“Milan”dan 22 milyon avro tələb edirlər
Müdafiəçi axtarışlarını davam etdirən İtaliyanın “Milan” klubu istədiyi futbolçunu Argentinada tapıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “River Pleyt”in müdafiəçisi Lukas Martines “qırmızı-qaralar”ın transfer hədəfindədir. 23 yaşlı futbolçunun menecerinin “Milan”ın rəhbərliyi ilə danışıqlara başladığı bildirilir.
“River Pleyt” argentinalı futbolçu üçün azı 22 milyon avro tələb edir.
Martinesin Argentina klubu ilə müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin