“Milan”a keçməyə razılıq verib
“Vilyarreal”ın vingeri Samuel Çukvueze “Milan”a keçməyə razılaşıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu Milan klubunun illik 3 milyon avro və bonuslar təklifini qəbul edib. Belə bir razılaşma onu “Milan”da ən yüksək maaş alan oyunçulardan birinə çevirəcək.
“Milan” nigeriyalını transfer etmək üçün “Vilyarreal”la danışıqlara başlamağa hazırlaşır. İspanlar azı 25 milyon avro və bonuslar istəyirlər. “Rossonyerlər” isə 20 milyon avrodan çox pul ödəmək istəmirlər.
Çukvueze 2022/23 mövsümündə La Liqada 37 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin