Meneceri ilə görüşəcəklər

“Milan” rəhbərliyi yaxın günlərdə futbolçu İsmael Bennaserin meneceri ilə görüşəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə müddətinin uzadılmasını istəyir. “Qırmızı-qaralar” əlcəzairli futbolçuya 2027-ci ilin iyununun sonuna qədər nəzərdə tutulan yeni sözləşmə təklif edə bilər.

Bennaser 2022/23 mövsümündə “Milan”da 21 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button