“Milan”dan zədəli İbrahimoviçlə bağlı açıqlama
“Milan”ın məşqdə zədələnən hücumçusu Zlatan İbrahimoviçin vəziyyəti ilə bağlı məlumat verilib.
Komanda.az xəbər verir ki, isveçli futbolçu sağ ayaq əzələsindən zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, İbrahimoviçin 10 gün sonra yenidən tibbi müayinədən keçəcəyi və vəziyyətinin müəyyənləşəcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin