“Milan” “sükan”ı argentinalı məşqçiyə tapşıra bilər

“Milan” rəhbərliyi argentinalı mütəxəssis Marselo Qalyardonu baş məşqçi postuna təyin edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 48 yaşlı mütəxəssisin namizədliyini nəzərdən keçirir.

Qalyardo hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çalışır.

Daha əvvəl “Milan”ın hazırkı baş məşqçisi Stefano Piolinin mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı xəbərlər çıxıb.

“Milan” İtaliya A Seriyasında 36 turdan sonra 74 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button