“Milan” uruqvaylını qaytardı, belçikalı ilə gücləndi
“Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası nəhəngi Belçikanın “Anderlext” klubundan Aleksis Salemakersi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Milan təmsilçisi 20 yaşlı xavbeki mövsümün sonunda satın almaq şərti ilə icarəyə götürüb.
Belçikalı yarımmüdafiəçi “Anderlext”in öz yetirməsidir. O, ölkəsinin U-21 yığmasının da formasını geyinir.
“Milan” “Cenoa”ya icarəyə verdiyi futbolçusu Dieqo Laksaltı da vaxtından öncə geri qaytarıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rikardo Rodriqesi PSV-yə göndərən, lakin İngiltərənin “Viqan” klubundan almaq istədiyi Entoni Robinsonun transferi baş tutmayan milanlılar, çıxış yolunu 26 yaşlı uruqvaylı futbolçunu geri qaytarmaqda görüblər.
Bizi Facebook-da izləyin