
“Milan”ın 5 milyon avroluq planı
“Milan”da icarə əsasında çıxış edən “Mançester Siti”nin müdafiəçisi Kayl Uolker birdəfəlik İtaliya klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” ingiltərəli futbolçunun müqaviləsini 5 milyon avroya almaq və onunla 2027-ci ilin yayına qədər olan müqavilə bağlamaq niyyətindədir.
“Milan” İtaliya A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Komanda sonuncu dəfə 2022-ci ildə ölkə çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



