“Milan” üçün İtaliyaya gedir
Niderlandın “Alkmaar” klubunun yarımmüdafiəçisi Tiyani Reynders “Milan”a keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu bu gün İtaliyaya yollanacaq. O, sabah tibbi müayinədən keçəcək və “qırmızı-qaralar”la müqavilə imzalayacaq.
Niderlandlı futbolçu 2017-ci ildən “Alkmaar”da forma geyinir. Tiyani 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 54 oyuna çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə edib.
Öncədən “Milan”ın baş məşqçisi Stefano Piolinin Reyndersin transferinə razılıq verməsi haqda xəbər vermişdik.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin