“Milan” Arda üçün danışıqlara başlayıb
“Milan” yarımmüdafiəçi Arda Gülərin transferi üçün Türkiyənin “Fənərbaxça” klubu ilə danışıqlar aparır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “rossonyerlər” futbolçunun müqaviləsində göstərilən sərbəst qalma məbləğini (17,5 milyon avro) ödəməyə hazırdır.
Məlumatda bildirilir ki, yaxın vaxtlarda digər klublar da italyanlara rəqib ola biləcəyinə görə, futbolçunun yaxın ətrafı ilə onu “Milan”a keçməyə razı salmaq üçün danışıqlar aparılır.
Gülər “Fənərbaxça”nın yetirməsidir. O, 2021-ci ilin yayında əsas komandaya qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin