“Milan” “Yuventus”un Motta ilə anlaşmasına əngəl ola bilər
“Milan” “Yuventus”un Tiaqo Mottanı baş məşqçi postuna dəvət etməsinə mane ola bilər.
Komanda.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, milanlılar “Bolonya”nın çalışdırıcısının xidmətində maraqlıdır.
“Milan” qeyri-qənaətbəxş nəticələrə görə baş məşqçisi Stefano Piolini istefaya göndərməyi planlaşdırır. “Yuventus” da öz növbəsində Massimiliano Alleqri ilə yollarını ayırmaq istəyir. Hər iki klub Mottanı baş məşqçi postuna prioritet namizədlərindən biri hesab edir.
Daha əvvəl Mottanın “Yuventus”un “sükanı arxasına” keçməyə razılıq verdiyi bildirilirdi. Bununla belə, “Milan” futbolçu kimi “İnter”, PSJ və “Barselona”nın rənglərini qorumuş italiyalı mütəxəssislə anlaşmaq ümidini itirmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin