
“Milan”ın müdafiə xətti üçün əsas namizədi odur
“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko A Seriyasına keçə bilər.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, “Milan” Teo Hernandesin mümkün gedişini nəzərə alaraq ukraynalı futbolçu ilə maraqlanır.
Zinçenko “Milan”a keçid ideyasına açıqdır. Transfer məbləği 20 milyon avrodan aşağı ola bilər, çünki onun London klubu ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.
28 yaşlı müdafiəçi son mövsümdə “Arsenal”ın əsas heyətindəki mövqeyini itirərək, daha çox rotasiya oyunçusu kimi çıxış edib. Bütün hallarda, o, hazırda “Milan”ın əsas namizədi hesab olunur, ancaq klub digər alternativləri də nəzərdən keçirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin