
“Milan” serbiyalı hücumçu ilə bağlı tələsmir
“Yuventus”un hücumçusu Duşan Vlahoviç hələ də “Milan”ın əsas transfer hədəflərindən biri olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəhbərliyi artıq bir neçə həftədir ki, serbiyalı forvardla bağlı iş aparır və onun agentləri ilə davamlı əlaqə saxlayır.
Ancaq bu transferin reallaşması A Seriyasının standartlarına görə olduqca yüksək olan maaş səbəbilə asan görünmür. Buna baxmayaraq, “Milan” tələsmir və danışıqların müsbət nəticələnəcəyinə inanır.
“Yuventus” rəhbərliyi isə Vlahoviçi bu yay satmağa açıqdır. Klub onunla yeni müqavilə şərtlərində razılığa gələ bilməyib və hazırkı sözləşməsinin müddəti gələn yay başa çatacaq.
25 yaşlı futbolçu “Milan”da keçmiş baş məşqçisi Massimiliano Alleqri ilə yenidən bir araya gələ bilər.
Bizi Facebook-da izləyin



