“Milan” “sükan”ı yenidən ona tapşırır

Massimiliano Alleqrinin “Milan”a baş məşqçi təyin olunması artıq demək olar ki, rəsmiləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis yeni vəzifəsinə şəxsi məşqçi heyəti ilə birlikdə başlayacaq.

Alleqri “Milan”a yad şəxs deyil. O, 2011-ci ildə klubla İtaliya çempionluğunu qazanaraq tarixə düşüb. Bu, klubun tarixində 18-ci skudetto olmuşdu.

“Milan” bu mövsümü uğursuz nəticələrlə başa vuraraq, A Seriyasını turnir cədvəlinin 8-ci pilləsində bitirib. Komandada mövsüm ərzində iki portuqaliyalı baş məşqçi dəyişib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button