“Milan” səfərdən xalsız döndü
İtaliya A Seriyasında 25-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün 5 görüş baş tutub.
“Empoli” – “Fiorentina” və “Udineze” – “Kalyari” matçlarında qalib müəyyənləşməyib. “Latsio” evdə “Bolonya”ya uduzubsa, “Roma” isə səfərdə “Frozinone”yə qalib gəlib. “Milan” da “Montsa”ya səfərdə məğlub olub.
Hazırda 63 xala malik “İnter” vahid liderdir. “Yuventus” 54 xalla 2-ci, “Milan” 52 xalla 3-cüdür. “Atalanta” və “Bolonya”nın 45, “Roma”nın 41, “Fiorentina”nın 38, “Latsio”nun 37, “Napoli” və “Torino”nun 36 xalı var.
İtaliya A Seriyası
25-ci tur
16 fevral
Torino – Leççe 2:0
Qollar: Bellanova, 50. Sapata, 81.
İnter – Salernitana 4:0
Qollar: Türam, 17. L.Martines, 19. Dumfris, 40. Arnautoviç, 90.
17 fevral
Napoli – Cenoa 1:1
Qollar: Nqonqe, 90 – Frendrup, 47.
Verona – Yuventus 2:2
Qollar: Folorunşo, 11. Noslin, 52 – Vlahoviç, 28-pen. Rabyö, 55.
Atalanta – Sassuolo 3:0
Qollar: Paşaliç, 22. Kopmeyners, 58. Bakker, 75.
18 fevral
Latsio – Bolonya 1:2
Qollar: İsaksen, 18 – Əl-Azzuzi, 39. Zirkze, 78.
Empoli – Fiorentina 1:1
Qollar: Nyanq, 56-pen – Beltran, 30.
Udineze – Kalyari 1:1
Qollar: Zemura, 14 – Qaetano, 44.
Frozinone – Roma 0:3
Qollar: Höysen, 38. S.Əzmun, 71. Paredes, 81-pen.
Montsa – Milan 4:2
Qollar: Pessina, 45-pen. Dani Mota, 45+6. Bondo, 90. Kolombo, 90+5 – Jiru, 64. Pulişiç, 88.
Bizi Facebook-da izləyin