Piolinin gələcəyi ilə bağlı qərar verilib

“Milan” rəhbərliyi komandanın baş məşqçisi Stefano Piolinin gələcəyi ilə bağlı qərar verib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, klub rəhbərləri arasında bu haqda söhbət olub və Piolinin postunda qalması barədə qərar verilib.

Milanlılar İtaliya A Seriyasında 17 turdan sonra 33 xal toplayıb və 3-cü pillədə yer alıb. İtaliya çempionatının son beş oyununda “Milan” üç dəfə qalib gəlib, bir dəfə heç-heçə edib, bir dəfə də uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button