“Milan” Reşfordun qərarını gözləyir

“Mançester Yunayted”in hücumçusu Markus Reşforda transfer bazarında tələbat var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli oyunçu ola bilsin, yanvarda komandasını dəyişsin.

27 yaşlı hücumçuya iddialılar siyahısında Avropanın iki tanınmış klubu var. Söhbət “Barselona” və “Milan”dan gedir. İtaliyalılar “gözlə və gör” metodunu mənimsəyiblər və Reşfordun gələcəyi ilə bağlı yekun qərarını gözləyirlər.

Reşford bu mövsüm İngiltərə çempionatında 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button