“Milan” Piolini “Real”ın keçmiş baş məşqçisi ilə əvəzləmək istəyir

“Milan” klubu yayda yeni baş məşqçi təyin etməyi planlaşdırır.

Komanda.az “Gazzetta.it”-ə istinadən xəbər verir ki, klub bu posta əsas namizəd kimi əvvəllər “Real”da və İspaniya millisində çalışmış Xulen Lopeteqini görür.

Lopeteqinin “Milan” rəhbərliyinə yaxşı təsir bağışladığı və əsas namizəd hesab edildiyi qeyd edilir.

“Milan”ın hazırkı baş məşqçisi Stefano Piolinin mövsümün sonunda istefa verəcəyi bildirilir. Komanda onun rəhbərliyi altında A Seriyasının cari mövsümündə 69 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button