“Milan” rəhbərliyi futbolçulara hirslənib
“Milan” azarkeşlərini yaxşı nəticələrlə sevindirmir. Ötən həftəsonu Paulo Fonsekanın komandası səfərdə “Fiorentina”ya 1:2 hesabı ilə uduzub.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi futbolçuların oyunlara münasibətindən əsəbiləşib. Rəhbərlik Fonsekanı dəstəkləyir, portuqaliyalı məşqçi hələlik işdən çıxarılmayacaq.
“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Fonsekanın yetirmələri 3 qələbə, 2 heç-heçə, 2 məğlubiyyətlə 11 xal toplaya bilib. Komanda növbəti matçını oktyabrın 19-da evdə “Udineze”yə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin