“Milan” rəsmisi Leao ilə bağlı xəbəri təsdiqlədi
“Milan”ın idman direktoru Paolo Maldini klubun Rafael Leao ilə müqaviləni yeniləməyə yaxın olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi yayılan xəbərlərin doğru olduğunu deyib:
“Rafael Leao ilə müqavilənin uzadılması ilə bağlı tam razılığa yaxınıq, bu, doğrudur. Rafa ilə mənim eyni planımız var, ikimiz də birlikdə işləməyə davam etmək istəyirik”.
Leao bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib. 23 yaşlı portuqaliyalı futbolçu 2019-cu ildən Milan klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin