
“Milan” Lanqleyə görə “Barselona”ya müraciət edib
“Milan” “Aston Villa”da icarə əsasında çıxış edən “Barselona”nın müdafiəçisi Kleman Lanqle ilə maraqlanır.
Komanda.az “Sky Italia”-ya istinadən xəbər verir ki, İtaliya klubu artıq kataloniyalılara qışda futbolçu ilə müqavilə bağlamaq üçün icarə müqaviləsini vaxtından əvvəl ləğv etməyin mümkün olub-olmaması ilə bağlı müraciət edib.
“Milan” üç əsas müdafiəçisi: Fikayo Tomori, Malik Tşau və Pierre Kalulu zədələndiyi üçün müdafiə xəttini gücləndirmək istəyir.
Lanqle bu mövsüm “Aston Villa”nın heyətində 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin