“Milan” “Qarabağ”ın rəqibinin futbolçusunu istəyir
“Milan” “Bayer” (Leverkuzen) klubunda çıxış edən Alexandro Qrimaldonu heyətinə qatmaq istəyir.
Komanda.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, İtaliya təmsilçisinin 28 yaşlı cinah müdafiəçisinə marağı Leverkuzen klubunun “Qarabağ”a qarşı UEFA Avropa Liqasındakı oyunundan sonra daha da artıb.
Bundan əlavə, “Barselona” da yetirməsini geri qaytarmaq niyyətindədir. “Milan” ispaniyalı futbolçunu transfer etmək istəyirsə, kataloniyalılardan daha cəlbedici təklif irəli sürməlidir.
Alexandro Qrimaldo cari ilin may ayında “Bayer”ə müqavilə imzalayıb. O, cari mövsümdə 12 matçda 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Cinah oyunçusu “Qarabağ”a 5:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.
2008-2012-ci illərdə “Barselona”nın akademiyasında olan Qrimaldo 2011-2016-cı illərdə əvəzedici komandanın formasını geyinib.
Bizi Facebook-da izləyin