
“Milan” belçikalı hücumçu ilə yollarını ayırır
“Milan” belçikalı hücumçusu Divok Origi ilə müqaviləsini vaxtından əvvəl ləğv etməyə hazırlaşır.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, tərəflər artıq danışıqların son mərhələsindədir və yalnız bir neçə hüquqi detalın razılaşdırılması qalır.
Müqavilənin ləğvi 2026-cı ilin yanvarına qədər rəsmiləşməlidir.
Origi “Milan”a 2022-ci ildə “Liverpul”dan keçib və klubla müddəti 4 il olan müqavilə imzalayıb. Onun illik maaşı 4 milyon avro təşkil edir ki, bu da “qırmızı-qaralar”da Luka Modriç və Adrien Rabyodan (3,5 milyon avro) daha çoxdur.
Belçikalı futbolçunun “Milan” forması ilə son rəsmi oyunu 2023-cü il mayın 28-də “Yuventus”a qarşı keçirilən A Seriyası matçı olub. Həmin görüşdə Origi cəmi 4 dəqiqə meydanda qalıb.
Klub yayda 31 yaşlı forvardla yolları ayırmaq üçün danışıqlar aparsa da, razılıq əldə olunmamışdı. Son vaxtlar isə proses xeyli sürətlənib və ayrılığın yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
Bizi Facebook-da izləyin



